20 
Avq
2022
04:42
16
234
3141
Virtual karabakh

İstanbulda qorxulu görüntü: Gənələr binaya “hücum etdilər” - FOTO

20 Avq, 2022
04:42
3141

İstanbulda qorxulu görüntü: Gənələr binaya “hücum etdilər” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərinin Arnavutköy məhəlləsində yaşayış binasını gənə basıb.

Gənələr əvvəl binanın bayır divarlarında görünməyə başlayıb. Sonra isə mənzillərin içərisinə daxil olub. Nəticədə bina yüzlərlə gənə ilə əhatə olunub.

Bina sakinləri qorxaraq özlərini çölə atıblar.

Aralarında azyaşlı uşaqların da olduğu 13 nəfərin yaşadığı binanın sakinləri bu haldan panikaya düşüblər. Onlar gənələrin haradan gəldiyini, kiminsə atıb-atmadığını bilmədiklərini deyiblər.

Sakinlərdən biri ərazidə çoxlu heyvanların olduğunu və gənələrin heyvanlardan da qaynaqlana biləcəyini qeyd edib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri