19 
Avq
2022
16:26
15
227
1764
Virtual karabakh

Çində ortaya çıxan “Langya” virusu ciddi tədbirlər tələb edə bilər

19 Avq, 2022
16:26
1764

Çində ortaya çıxan “Langya” virusu ciddi tədbirlər tələb edə bilər

Təxminən üç il sonra Çində yenidən heyvandan insana keçən virus aşkarlanıb. Tədqiqatlara görə, “Langya”nın insanlar arasında yayılması yoxdur. Amma ola bilsin ki, koronavirus epidemiyası da bu şəkildə başlayıb. Mütəxəssislər mutasiyaya uğrama ehtimalı olan virusun nəzarət altına alınmasa, yayıla biləcəyi qənaətindədirlər.

Çinin Langya şəhərində ortaya çıxan virus öz adını bu yerdən götürüb.

Lanqyanın zoonoz növ olduğu, yəni heyvanlar tərəfindən yayılan mikrobların insanlara keçməsi nəticəsində ortaya çıxdığı müəyyən edilib.

Koronavirusun insanlara keçməsinə səbəb kimi bir çox heyvanın adı çəkildi, lakin sonunda yarasa ehtimalı üstünlük təşkil etdi, “Langya”nın isə hələlik siçanlar vasitəsilə yayıldığı təxmin edilir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, zoonoz xəstəliklərə viruslar, bakteriyalar, parazitlər və göbələklər kimi zərərli mikroblar səbəb olur.

SARS-CoV-2 də zoonoz virus olsa da, “Langya” və onların ailələri çox fərqlidir. Bu virusun ailəsi henipaviruslardır.

2019-cu ilin sonundan bəri insandan insana keçə bilən koronavirus altı milyondan çox insanın həyatına son qoyub. “Langya” heyvandan insana keçən, lakin insanlar arasında yayılmayan virus olmasına baxmayaraq, mutasiya edə bilir.

Virusa yoluxmuş insanlarda müşahidə olunan simptomlar aşağıdakılardır - yüksək hərarət, zəiflik, iştahasızlıq, əzələ ağrısı, ürəkbulanma.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri