19 
Avq
2022
15:28
338
46
795
Virtual karabakh

Ərdoğan: “Qarşılıqlı səfir təyin edilməsi qərarı Türkiyə-İsrail münasibətlərində mühüm addımdır”

19 Avq, 2022
15:28
795

Ərdoğan: “Qarşılıqlı səfir təyin edilməsi qərarı Türkiyə-İsrail münasibətlərində mühüm addımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla israilli həmkarı İsaak Hersoq arasında telefon danışığı olub.

Bu barədə prezidentin Kommunikasiyalar İdarəsindən bildirilib.

Məlumata görə, görüşdə Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan qarşılıqlı olaraq səfir təyin edilməsi qərarını Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində mühüm addım hesab etdiyini vurğulayıb.

Səfirlərin təyin olunmasının münasibətlərə yeni təkan verəcəyini bildirən R.T.Ərdoğan qarşılıqlı hörmət əsasında əməkdaşlıq və dialoqun inkişaf etdirilməsinin tərəfdarı olduqlarını qeyd edib.

Mənbə: Anadolu Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri