19 
Avq
2022
16:44
416
35
9807
Virtual karabakh

Tərcüməçiyə qəzəblənən Zelenski cümlələrini özü tərcümə etdi - VİDEO

19 Avq, 2022
16:44
9807

Tərcüməçiyə qəzəblənən Zelenski cümlələrini özü tərcümə etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda üçtərəfli sammitdə Ukrayna dilində danışarkən tərcüməçinin cümlələrini qısaltmasına əsəbiləşib.

Belə ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə üçtərəfli sammitdən sonra keçirilən mətbuat konfransında tərcüməçi onun sözlərini ingilis dilinə düzgün tərcümə etməyib. Bu zaman Zelenski cümlələrini ingilis dilinə özü çevirib.

Xalq arasında Ukrayna dilində danışmağa üstünlük verdiyi bildirilən Zelenski tərcüməçiyə üz tutaraq deyib:

“Mən imkanlar pəncərəsindən danışdım. Dedim ki, həll oluna bilməz, çünki... Rusiya tərəfindən hər gün atəş altındayıq. Mən həm də: “Yaşasın, Ukrayna!” - dedim.

Bu zaman tərcüməçi tez: “Yaşasın, Ukrayna!” - deyib.

Mənbə: NTV

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri