19 
Avq
2022
20:33
19
228
1894
yuxarı
Avropada ölüm qasırğası: Həlak olanlar arasında uşaqlar da var - FOTO
19 Avq, 2022
20:33
1894
19
228
Avropada ölüm qasırğası: Həlak olanlar arasında uşaqlar da var - FOTO
Güclü fırtınalar Mərkəzi və Cənubi Avropanın bəzi bölgələrində dağıntılara səbəb olub.
Nəticədə üçü uşaq olmaqla azı 12 nəfər həyatını itirib.
İtaliya, Avstriya və Fransanın Korsika adasında əsasən yıxılan ağaclardan ölüm halları qeydə alınıb.
Fırtınalar qitənin çox hissəsində həftələrdir davam edən isti hava dalğası və quraqlıqdan sonra baş verir.
Korsikada 224 km/saat sürətlə əsən külək ağacları kökündən çıxarıb və evlərə ziyan vurub.
Səlahiyyətlilər 13 yaşlı qızın düşərgədə aşan ağac səbəbiylə həyatını itirdiyini bildiriblər.
Oxşar hadisədə çimərlik kottecinin damının avtomobilinə çırpılması nəticəsində bir kişi ölüb, 72 yaşlı qadın isə həlak olub.
Korsikada dördü ağır olmaqla 20 nəfər yaralanıb.
Mənbə: TRT Haber
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək