20 
Avq
2022
01:35
227
36
2554
Virtual karabakh

Hindistanda kriminal dəstə saxta polis bölməsi açaraq aylarla rüşvət toplayıb

20 Avq, 2022
01:35
2554

Hindistanda kriminal dəstə saxta polis bölməsi açaraq aylarla rüşvət toplayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biharda fırıldaqçılar əsl polis rəisinin evinin 500 metrliyində saxta polis bölməsi yaradıblar.

Bölmə səkkiz ay fəaliyyət göstərib. Bütün bu müddət ərzində cinayətkarlar hərbi geyimdə, silah və döş nişanlarında olub, əsl asayiş keşikçisinin diqqətini çəkənə qədər şəhər əhalisindən rüşvət tələb ediblər.

Bölmə hotelin ərazisində yerləşib. Fırıldaqçılar işlərə və şikayətlərə baxılması üçün qonaqlardan və adi vətəndaşlardan pul alır, həmçinin mənzil və iş məsələsində köməklik göstərəcəklərini vəd edərək hindlilərdən rüşvət yığıblar.

Fırıldağın üstü şübhəli “həmkarları” görən əsl polis tərəfindən açılıb. Belə ki, onlarda xidməti silah əvəzinə yerli sexdə hazırlanmış tapançalar olub.

Artıq ikisi qadın olmaqla, dəstənin altı üzvü saxlanılıb. Qrupun rəhbəri isə hələ də azadlıqdadır.

Mənbə: knife.media

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri