20 
Avq
2022
01:23
401
26
3461
Virtual karabakh

Ermənistanda şəhər meriyasına hücum edən şəxs intihar edib – YENİLƏNİB + FOTO/VİDEO

20 Avq, 2022
01:23
3461

Ermənistanda şəhər meriyasına hücum edən şəxs intihar edib – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhlükəsizlik qüvvələri Masis meriyasının binasına soxulmuş şəxsin cəsədini aşkar ediblər.

“Masis şəhər meriyasının binasına girən şəxslə danışıqlar zamanı atəş açılıb. Polis rəisinin birinci müavini Aram Ovanisyanın rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis İdarəsinin əməkdaşları binaya daxil olaraq 36 yaşlı Edvard Marqaryanın başından xəsarət almış meyitini aşkar ediblər. O, intihar edib. Polislər arasında itki və xəsarət alan yoxdur”, - deyə polisin “Facebook” səhifəsindən bildirilib.

Qeyd olunb ki, insident barədə əlavə məlumat daha sonra veriləcək.

Erməni mediasının məlumatına görə, binaya hücum edən vətəndaş Masis şəhər şurasının keçmiş deputatıdır və öz hərəkətini mer David Ambartsumyanın fəaliyyətindən narazılıqla əsaslandırıb.

00:52

Ermənistanın Masis şəhər meriyasına daxil olan silahlı vətəndaşın zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirilib.

Bu barədə şəhərin vitse-meri Norayr Akopyan bildirib.

Onun sözlərinə görə, əməliyyat üç saatdan çox davam edib.

Nəticədə ️polis hücumçunu zərərsizləşdirə bilib.

23:33

Əlində qumbara olan naməlum şəxs Ermənistanın Masis şəhərinin meriyası binasına daxil olub.

Hadisə şahidlərinin sosial şəbəkələrdə verdiyi məlumata görə, həmin şəxs binaya soxularaq meriyanın ofisindən qumbara atıb. 

Hazırda ərazi polis tərəfindən mühasirəyə alınıb.

Masis meriyasına girən vətəndaşın sərxoş olduğu iddia edilir.

“O, binaya soxulduqdan sonra partlayış olub. Xoşbəxtlikdən otaqda heç bir işçi olmayıb, meriyanın mühafizəçisi də xəsarət almayıb”, - deyə Masis şəhərinin vitse-meri Norayr Akopyan bildirib.

Onun sözlərinə görə, hücum edən şəxsdə başqa qumbara da ola bilər.

Norayr Akopyan qeyd edib ki, vətəndaş heç bir tələb irəli sürməyib, onun hərəkətlərinin motivləri aydın deyil, şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hazırda partlayış və ya atəş səsləri eşidilmir.

Hadisə yerində polis və xüsusi təyinatlılar var.

Mənbə: Sputnik Armenia

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri