28 
Avq
2022
23:37
9
311
1983
Virtual karabakh

Tbilisi yaxınlığında meşə yanır – VİDEO

28 Avq, 2022
23:37
1983

Tbilisi yaxınlığında meşə yanır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Tbilisi şəhəri yaxınlığındakı Şavnabada dağında güclü yanğın başlayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.

İlkin versiyaya görə, kol-kos və quru ot yanır. Artıq əraziyə yanğınsöndürənlər və xilasedicilər, aviasiya səfərbər olunub, yanğının lokallaşdırılması və aradan qaldırılması istiqamətində işlər aparılır.

Yanğın baş verən ərazinin yaxınlığında yaşayan paytaxt sakinləri yaşadıqları binaların üstündən kəskin qoxu və tüstünün olması barədə sosial şəbəkələrdə xəbər verirlər.

Ölkənin Fövqəladə Hallar Departamenti bundan əvvəl ölkə üzrə isti havanın meşə yanğınları təhlükəsini artırdığı barədə xəbərdarlıq edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri