29 
Avq
2022
11:18
370
84
4382
Virtual karabakh

Türkiyə boğazlardan keçid qiymətlərini beşqat artırır

29 Avq, 2022
11:18
4382

Türkiyə boğazlardan keçid qiymətlərini beşqat artırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini beş dəfə artıracaq.

“2022-ci il oktyabrın 7-dən boğazlardan keçidlərdə mayak, təxliyə və tibbi xidmət haqqı beş dəfə artırılacaq, indiki formada 40 milyon dollar olan gəlir isə 200 milyon dollara qədər artacaq. 1936-cı ildə imzalanmış Montrö Müqaviləsi ilə Türkiyə İstanbul boğazından keçən və Çanaqqala boğazına (Dardanel) girib-çıxan gəmilərdən mayak, evakuasiya və tibbi xidmət haqqı almaq hüququna malikdir”.

1936-cı ildə qəbul edilən Montrö Konvensiyasına əsasən, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürüb.

Mənbə: Sabah

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri