30 
Avq
2022
08:56
85
20
2935
yuxarı
Ən sürətli “McLaren”in son nüsxəsi satışa çıxarılıb
30 Avq, 2022
08:56
2935
85
20
Ən sürətli “McLaren”in son nüsxəsi satışa çıxarılıb
“Canepa” diler mərkəzi “McLaren Speedtail” hiperkarının son nüsxəsini satışa çıxarıb.
O, məşhur amerikalı yarış avtomobili pilotu və kolleksiyaçı Bryus Kanepa tərəfindən sifariş edilib.
Avtomobilin xarici dekorasiyası incə karbon lifindən hazırlanıb.
Hiperkarın satış qiyməti açıqlanmayıb.
Qeyd edək ki, “Speedtail” markanın ən sürətli modelidir. Hiperkarın maksimum sürəti saatda 403 kilometrdir və bu, bir illik sınaq proqramı çərçivəsində bir sıra yarışlarda təsdiqlənib. Cəmi 106 belə avtomobil yığılıb və artıq müştərilərə çatdırılıb. Bryus Kanepa tərəfindən sifariş edilən avtomobil modelin son müştəri nüsxəsi hesab olunur.
Mənbə: motor.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək