Sen
2022
00:16
60
102
1308
Virtual karabakh

Avrozonada inflyasiya rekord həddə çata bilər

1 Sen, 2022
00:16
1308

Avrozonada inflyasiya rekord həddə çata bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avrozonada istehlak qiymətlərinin artımı indeksi rekord həddə çata bilər.

2022-ci ilin avqustunda 2021-ci ilin avqustu ilə müqayisədə inflyasiyanın rekord 9,1% təşkil edə  biləcəyi qeyd edilir.

Bununla bağlı ilkin hesablamalar avqustun 31-də “Eurostat”da dərc edilib.

Bildirilir ki, iyulda bu göstərici 8,9% olub ki, bu da tarixi maksimumdur.

Kateqoriyalar üzrə qiymətlər daha çox enerji daşıyıcıları (38,3% - lakin 39,6% olan iyul göstəricisindən azdır), ərzaq, alkoqol və tütün (10,6%) məhsulları üzrə bahalaşıb.

Xatırladaq ki, Avrozonaya Belçika, Almaniya, Estoniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Avstriya, Portuqaliya, Slovakiya, Sloveniya və Finlandiya daxildir.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri