31 
Avq
2022
19:17
35
168
4614
Virtual karabakh

Retro avtomobildən 106 milyon dollarlıq kokain tapıldı - FOTO

31 Avq, 2022
19:17
4614

Retro avtomobildən 106 milyon dollarlıq kokain tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə Avstraliyanın Yeni Cənubi Uels polisi sərhəddə kokain, metilamfetamin və fentanil qaçaqmalçılığı üçün istifadə edilən 1960-cı ilə aid “Bentley S2” avtomobilini saxlayıb.

Məlumata görə, Sidney limanında aşkar edilən avtomobil Avstraliya Sərhəd Qoşunlarının məsləhəti ilə rentgen şüası vasitəsilə yoxlanılıb. Bəzi detaları söküldükdən sonra köhnə avtomobilin faralarının arxasında gizlədilmiş 161 kq  metamfetamin və təxminən 106 milyon dollar dəyərində 30 kq kokain tapılıb.

Yerli polis əməliyyatı kanadalı həmkarları ilə birlikdə həyata keçirib. Belə ki, avtomobil məhz bu ölkənin Vankuver şəhərindən Avstraliyaya göndərilib.

Əməliyyat çərçivəsində “Bentley” ilə yanaşı “Ford Focus” avtomobili, mobil telefonlar və kompüterlər müsadirə edilib, 22 və 23 yaşlarında iki kişi isə həbs olunub.

Daha iki şübhəli (hər ikisi 25 yaşında) “Toyota Prado” avtomobilində Brisben yaxınlığında həbs edilib. Polis avtomobilə baxış keçirən zaman oturacağın altında gizlədilmiş 2,2 kq metamfetamin və 1,1 milyon Avstraliya dollarından çox pul aşkar ediblər.

Qeyd edək ki, Kanada, qiymətlərin daha yüksək olduğu Avstraliyaya qeyri-qanuni narkotiklərin tədarükçüsünə çevrilib. Son illərdə Avstraliyaya narkotik keçirməyə çalışan kanadalıların həbsi artıq adi hal almağa başlayıb.

Mənbə: carscoops.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri