18 
Fev
2015
12:24
73
9
3238
Virtual karabakh

Ankara Sarkisyanın son qərarına reaksiya verdi

18 Fev, 2015
12:24
3238

Ankara Sarkisyanın son qərarına reaksiya verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Protokolların böyük əhəmiyyəti vardı”.

Ankara Türkiyə-Ermənistan protokollarının Ermənistan parlamentindən geri çağırılmasını düzgün hesab etmir.  

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin mətbuat katibi Tancu Bilgiç bildirib. 

O, qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə iki protokolun Qafqazda sülh və sabitliyin təmin olunması baxımından regional əhəmiyyəti olub. 

Mətbuat katibi bildirib ki, onlar Ermənistanın addımını düzgün hesab etmirlər və əlavə edib ki, İrəvan əvvəlcədən protokollar məsələsində qeyri-səmimi və davamlı olmayan mövqe nümayiş etdirib. 

“Bunu Türkiyəni ittiham etmək üçün Ermənistanın yeni addımı hesab etmək olar”, - Bilgiç deyib. 

Xatırladaq ki, fevralın 16-da Ermənistan prezidenti Serj Sarkisyan parlament sədrinə müraciət edərək, onu Türkiyə-Ermənistan protokollarının parlamentdən geri çağırılması ilə bağlı qərarı barədə məlumatlandırıb. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri