Sen
2022
12:52
93
10
621
Virtual karabakh

Podolyak: “Kiyev BAEA missiyasından hələ ki nüvə mühəndisliyi ilə bağlı hesabat almayıb”

5 Sen, 2022
12:52
621

Podolyak: “Kiyev BAEA missiyasından hələ ki nüvə mühəndisliyi ilə bağlı hesabat almayıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna hakimiyyət orqanlarında təhlükəsizlik konturlarının bütövlüyü və Zaporojye AES-də reaktorların soyuması ilə bağlı vəziyyət barədə dəqiq məlumat yoxdur.

Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) missiyasının AES ərazisinə səfərindən sonra Kiyev hələ ki nüvə mühəndisliyi ilə bağlı hesabat almayıb”.

Bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixaylo Podolyak milli telemarafonun efirində deyib.

“Hesabatda bununla bağlı heç nə görmədik. Zaporojye AES-də BAEA-nın sülhməramlı missiyasından çox, nüvə missiyasının fəaliyyəti daha məqsədəuyğundur. Həmçinin nüvə mühəndisliyi auditinin olması da zəruridir”, - deyə Podolyak qeyd edib.

Onun sözlərinə görə, AES-ə nüvə fizikasını, mühəndis texnologiyalarını anlayan və ukraynalı işçi heyətə yaxın ola biləcək insanlar lazımdır. Eyni zamanda Podolyak BAEA nümayəndələrinin Zaporojye AES-də daimi mövcudluğu ilə bağlı təşəbbüsü müsbət qarşılayıb. Onun fikrincə, belə bir addım AES işçilərini hücumlardan qorumağa kömək edəcək.

“Orada nə baş verdiyini başa düşməyən, riskləri düzgün qiymətləndirməyən Rusiya qoşunları var. Müəyyən sayda işçilərimiz var ki, onların müdafiəyə ehtiyacı var. Bunun üçün də beynəlxalq ictimaiyyətdən olan insanların yaxınlıqda olmaları və bu işçiləri qorumaları vacibdir”, - deyə Podolyak əlavə edib.

Mənbə: UNIAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri