18 
Fev
2015
23:10
20
201
10707
Virtual karabakh

İŞİD qadını gözəl gözlərinə görə həbs etdi – FOTO

18 Fev, 2015
23:10
10707

İŞİD qadını gözəl gözlərinə görə həbs etdi – FOTO

Fanatiklər davranış məcəlləsi dərc ediblər.

“İslam dövlətinin” (İŞİD) mənəviyyat polisi çarşab geyinmiş gənc suriyalı qadını gözləri açıq olduğu üçün həbs ediblər. Esktremistlərin fikrincə, qadının gözəl gözləri kişiləri yoldan çıxara bilərmiş.
 
Qadınla bərabər onu müdafiə etməyə çalışan iki kişi də saxlanılıb.

Həmçinin bildirilir ki, İŞİD-in mənəviyyat keşikçiləri hətta islam qanunlarına görə çox sərt olan geyim qaydalarından narazı Mosul qadınlarını döyürlər. Ekstremistlər hesab edirlər ki, yalnız belə geyim şəirətə uyğundur.

İslamçıların tətbiq etdikləri qaydalara əsasən, qadınlar ikiqat əlcək taxmalı, çarşab geyinməli, gözlərini torla örtməlidirlər. Ötən ay fanatiklər davranış məcəlləsi dərc ediblər. Bu məcəlləyə görə istənilən qayda pozuntusu sərt cəzalandırılacaq.

Məsələn, zina edənləri daşlayıb öldürür, homoseksualizm, “kafirlərin xeyrinə” casusluq da edamla cəzalandırılır.

 Oğurluğa görə günahkarların sağ əlləri və sol ayaqları kəsilir. Daha kiçik qayda pozuntularına görə günahkarları qamçılayırlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri