Sen
2022
06:35
138
22
4833
Virtual karabakh

Maskın “Twitter”i almama səbəbi Putinin çıxışı olub

8 Sen, 2022
06:35
4833

Maskın “Twitter”i almama səbəbi Putinin çıxışı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı sahibkar İlon Mask Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibəti ilə gözlənilən çıxışına görə “Twitter”in alışını təxirə salmaq qərarına gəlib.

Bu barədə milyarderin sazişlə məşğul olan bankirlə yazışmasından aydın olub.

Belə ki, ismarışında Mask dünyanın üçüncü dünya müharibəsinə doğru getdiyi vəziyyətdə razılaşmanın mənasının olmayacağını bildirib və bir müddət gözləmək qərarını açıqlayıb.

“Gəlin bir neçə gün gözləyək. Putinin sabahkı çıxışı, həqiqətən, vacibdir”, - deyə o bildirib.

Hüquqşünasların fikrincə, Maskın bu açıqlamaları sübut edir ki, platformanı almaqdan imtinaya səbəb “Twitter”in öz öhdəliklərini yerinə yetirməməsi deyil, milyarderin şəxsi maliyyə qayğısı olub.

Xatırladaq ki, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask aprelin 25-də “Twitter”i almaq üçün 44 milyard dollarlıq razılığa gəlib. Müqavilə ilin sonuna qədər bağlanmalı idi, lakin iyulun 9-da sahibkar bundan imtina etdi.

Mənbə: Business Insider

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri