Sen
2022
12:53
7
201
1105
Virtual karabakh

Rusiyada qadın körpəsini öldürüb atasının məzarında basdırdı

8 Sen, 2022
12:53
1105

Rusiyada qadın körpəsini öldürüb atasının məzarında basdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Voronej şəhərində bir aylıq körpə başından aldığı zərbə nəticəsində həyatını itirib.

Belə ki, 24 yaşlı ana qızının başına vurandan sonra həkimə müraciət etməyib. İki gün sonra uşaq ölüb.

Qadın körpənin meyitini parçaya bükərək, onu öz atasının məzarında basdırıb.

Cinayəti törədəndən sonra o qərara gəlib ki, bu barədə polisə məlumat versin. Hazırda qadın saxlanılıb.

Məhkəmə tibb ekspertizası zamanı uşağın qapalı kəllə-beyin travmasından öldüyü müəyyənləşib.

Faktla bağlı (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başladılıb.

Ölən körpənin atasının isə bu müddət ərzində harada olduğu məlum deyil.

Mənbə: “SHOT” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri