12 
Sen
2022
09:32
485
18
2281
Virtual karabakh

Zelenski: “Minsk razılaşması boş kağız parçasıdır”

12 Sen, 2022
09:32
2281

Zelenski: “Minsk razılaşması boş kağız parçasıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq fikrində olmadığını bildirib.

O qeyd edib ki, Rusiyanın strategiyası Ukraynanın bəzi hissələrini işğal etmək, danışıqlar və razılaşmalarla vaxt udmaq, güc qazanmaq və yeni işğallara başlamaqdır.

44 yaşlı siyasətçinin sözlərinə görə, hazırda Ukraynanın əsas məqsədi bütün işğal olunmuş ərazilərin geri qaytarılmasıdır.

“Bilirəm ki, bəzi dövlətlər bizi Minsk prosesinə yönəltməyə çalışacaqlar. Mən istəyirəm ki, hamı başa düşsün ki, bir var diplomatik həll, bir də var Minsk -2, -3, -5, -10. Bunlar fərqli şeylərdir. Çünki Minsk razılaşması boş kağız parçasıdır və Rusiyaya növbəti işğaldan əvvəl dincəlməyə imkan verəcək”, – deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenski həmçinin qeyd edib ki, o, hələlik Rusiya Federasiyasının konstruktiv dialoqa aparmaq istəyini görmür:

“Mən onların konstruktiv olmaq istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bu ultimatumları kimin irəli sürməsi məni maraqlandırmır - o (Vladimir Putini nəzərdə tutur) və ya başqası. Bu, mənim prinsipimdir:  Mənə ultimatum verənlərlə danışmayacam”.

Mənbə: CNN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri