12 
Sen
2022
21:47
168
17
1210
Virtual karabakh

II Elizabetin ölümündən sonra Yeni Zelandiyada respublikaya keçid müzakirələri canlandı

12 Sen, 2022
21:47
1210

II Elizabetin ölümündən sonra Yeni Zelandiyada respublikaya keçid müzakirələri canlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern II Elizabetin ölümündən sonra rəhbərlik dəyişikliyi ilə bağlı ilk qiymətləndirməsini edib.

Respublika quruluşuna keçidlə bağlı müzakirələrin illərdir davam etdiyinə diqqət çəkən Ardern administrasiya dəyişikliyinin “hökumətin son vaxtlar gündəmində olmadığını” bildirib və qeyd edib ki, bu mövzu “təcili” deyil.

II Elizabetin ölümündən sonra ölkədə respublika ilə bağlı müzakirələrin geniş vüsət alması fonunda Ardern vurğulayıb ki, rəhbərlik dəyişikliyini və kraliçanın ölümünü bir-biri ilə əlaqəli hadisələr hesab etmir.

Digər tərəfdən, daha əvvəl dəfələrlə idarəçilik dəyişikliyinə dəstəyini ifadə edən Ardern bildirib:

“Yeni Zelandiyanın zamanla çatacağı səviyyənin respublika olacağına inanıram. İnanıram ki, bu, mənim yaşadığım müddətdə baş verəcək”.

Böyük Britaniyadan başqa, II Elizabet həm də Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka, Papua-Yeni Qvineya da daxil olmaqla bir sıra irili-xırdalı ölkələrin kraliçası olub.

Elizabetin ölümündən sonra Avstraliyada və Karib dənizindəki Antiqua və Barbuda adasında monarxiyanı respublikaya çevirmək barədə müzakirələr gündəmə gəlib.

Antiqua və Barbuda Baş naziri Qaston Braun bu məsələ ilə bağlı üç il ərzində referendum keçiriləcəyini bəyan edib.

Avstraliyada Yaşıllar Partiyasının lideri Adam Bandt kraliçanın ölümündən sonra verdiyi başsağlığı “tweet”ində Avstraliyanın irəli getməli və respublikaya keçid etməli olduğunu vurğulayıb.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri