15 
Sen
2022
07:36
15
549
7000
Virtual karabakh

Rusiyada bağçada uşaq tərbiyəçinin qollarında can verdi - VİDEO

15 Sen, 2022
07:36
7000

Rusiyada bağçada uşaq tərbiyəçinin qollarında can verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərində bağçaların birində baş verən faciənin görüntüləri yayılıb. Belə ki, yaşyarımlıq uşaq tərbiyəçinin qollarında can verib. 

Məlumata görə, səhər saatlarında Xədicənin halı qəfildən pisləşib. Uşaq huşunu itirib, dodaqları göyərib.

Tərbiyəçi qızcığazı tibb otağına aparıb və təcili yardım çağırıb.

Ancaq gələn həkimlər reanimasiya tədbirləri görsələr də, onu xəstəxanaya çatdıra bilməyiblər. Xədicə təcili yardım maşınında dünyasını dəyişib.

İlkin ehtimallara görə, buna səbəb kəskin respirator virus infeksiyası olub. Ancaq maraqlıdır ki, uşaq bağçaya heç bir xəstəlik əlaməti olmadan daxil olub. Bundan əlavə, qızcığaz sağlamlığı ilə seçilib - o, tibbi və fiziki göstəricilərə görə birinci qrupda idi.

Hazırda müstəntiqlər faciəni araşdırırlar. Əsasən təcili yardımın niyə uşaq bağçasına 21 dəqiqəyə gəldiyi öyrəniləcək, həmçinin uşaq bağçası işçilərinin fövqəladə vəziyyətdə hərəkətləri qiymətləndiriləcək.

Mənbə: “112” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri