18 
Sen
2022
19:00
62
1359
10647
Virtual karabakh

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər - YENİLƏNİB + VİDEO

18 Sen, 2022
19:00
10647

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilərin Azərbaycanın Fransadakı səfirliyinə basqın etməsinin yeni görüntüləri yayılıb.

Sosial şəbəkələrdə dərc olunan videoda kənar şəxsin diplomatik nümayəndəliyə daxil olmağa cəhd etməsi əks olunub.

Onun qarşısı səfirliyin əməkdaşı tərəfindən qətiyyətlə alınıb.

18:24

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.

Oxu.Az xəbər verir ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Twitter” hesabında yazıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri