20 
Sen
2022
02:24
216
22
2430
Virtual karabakh

Türkiyəli səyahətçi kosmosa gedəcək: Tarixi müqavilə imzalandı - FOTO

20 Sen, 2022
02:24
2430

Türkiyəli səyahətçi kosmosa gedəcək: Tarixi müqavilə imzalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə kosmosa ilk insanlı səyahət üçün tarixi bir müqavilə imzalayıb.

Bu barədə Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib.

Nazir “Twitter” hesabında Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə keçiriləcək ilk insanlı kosmos səyahəti ilə bağlı mühüm açıqlamalar verib.

“Cümhuriyyətimizin 100-cü ildönümündə həyata keçiriləcək ilk insanlı kosmos missiyası ilə bağlı tarixi müqaviləyə imza atdıq.

Kosmosa gedəcək türkiyəli səyahətçi ilə bağlı seçimlər davam edir. Bununla bağlı təlim və uçuş xidməti üçün “Axiom_Space” şirkəti ilə əməkdaşlıq edəcəyik”, - deyə Mustafa Varank qeyd edib.

Mənbə: Haber Global 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri