21 
Sen
2022
11:24
311
36
4887
Virtual karabakh

Ermənistan polisi döyüşdə övladlarını itirən qadınlara “nəvaziş” göstərdi - VİDEO

21 Sen, 2022
11:24
4887

Ermənistan polisi döyüşdə övladlarını itirən qadınlara “nəvaziş” göstərdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın “Yerablur” hərbi panteonuna daxil olmasını əngəlləmək istəyiblər.

Etirazçılar baş nazirin sentyabrın 21-də Müstəqillik Gününə həsr olunmuş ənənəvi ziyarətinin qarşısını almaq istəyiblər. Lakin bütün gecəni panteonda növbə çəkən etirazçıların təşəbbüsü baş tutmayıb.

Polis həlak olan hərbçilərin yaxınlarını İrəvandakı “Yerablur” hərbi panteonunun ərazisindən zorla çıxarıb.

Kadrlarda bir neçə polisin qadını skamyadan qaldırıb sürüyərək polis maşınına apardığı əks olunub.

Baş nazirin açıqlamaları valideynlərin qəzəbinə səbəb olub. Lakin nəticədə Paşinyan panteonun ərazisinə sərbəst daxil ola bilib.

Mənbə: “Sputnik” Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri