21 
Sen
2022
14:02
249
22
2062
Virtual karabakh

“Anonymous”dan İran xalqının etirazlarına dəstək: Dövlət saytlarına hücum edildi - FOTO

21 Sen, 2022
14:02
2062

“Anonymous”dan İran xalqının etirazlarına dəstək: Dövlət saytlarına hücum edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın dövlət saytlarına haker hücumu olub.

“Anonymous” haker qrupu İran xalqının etirazlarına dəstək üçün dövlət saytlarına qarşı kiberəməliyyatlara başladığını açıqlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Biz burada sizinləyik. İrana qarşı əməliyyat başladı. Bizi gözləyin”, - deyə haker qrupunun üzvlərindən biri sentyabrın 20-də “Twitter” mesajında etirazçılara xitabən bildirib.

Bundan bir neçə saat sonra İran dövlətinin rəsmi internet saytı və hökumət sözçüsünün informasiya saytı sıradan çıxıb və “Anonymous” bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

“Anonymous” haker qrupunun üzvü hökumət saytının bütün məlumat bazasının silindiyini açıqlayıb və “Biz sizi bağışlamayacağıq” mesajı buraxıb.

Sözügedən qrup habelə İranın ən böyük dövlət mediasına kiberhücum həyata keçirdiyini açıqlayıb, lakin daha ətraflı məlumat verməyib.

Bir müddət sonra hökumət sözçüsünün informasiya saytının ön səhifəsi bərpa olunsa da, onun bir çox hissələrinə giriş bağlanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri