22 
Sen
2022
05:51
35
170
1864
Virtual karabakh

Merilin Monro barədə filmin yaradıcıları onun məzarına baş çəkərək icazə istəyiblər

22 Sen, 2022
05:51
1864

Merilin Monro barədə filmin yaradıcıları onun məzarına baş çəkərək icazə istəyiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni “Sarışın” filminin yaradıcıları çəkiliş meydançasında Merilin Monronun ruhunun varlığını hiss etdiklərini bildiriblər. Onlar Hollivud əfsanəsinin məzarına gedərək, filmin çəkilişi üçün Monrodan icazə istəyiblər.

Bunu yeni müsahibəsində 34 yaşlı aktrisa və filmdə Merilin obrazını canlandıran Ana de Armas bildirib.

“Bizim böyük bir açıqcamız var idi və komandadakı hər kəs ora mesaj yazırdı. Sonra qəbiristanlığa getdik və açıqçanı onun məzarı üzərinə qoyduq. Ondan icazə istədik”, - deyə aktrisa qeyd edib.

Xatırladaq ki, “Sarışın” filminin premyerası payızın əvvəlində Venesiya kinofestivalında baş tutub. Tənqidçilər bu filmi böyük həvəslə qarşılayıblar. Bioqrafik film 28 sentyabrda “Netflix”də yayımlanacaq.

Mənbə: teleprogramma.pro

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri