22 
Sen
2022
10:16
754
58
3764
Virtual karabakh

İranda etirazçılar polis idarəsini yandırıblar - VİDEO

22 Sen, 2022
10:16
3764

İranda etirazçılar polis idarəsini yandırıblar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda etiraz aksiyaları davam edir.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər, polislə toqquşmalar baş verib. 

Sosial şəbəkələrdə yayılan yeni videoda isə qəzəbli etirazçıların polis idarəsinə hücum edərək binaya od vurduqları əks olunub. 

Xatırladaq ki, sentyabrın 16-da İranın Kürdüstan əyalətinin sakini Məhsa Əmini xəstəxanaya yerləşdirildikdən sonra komaya düşüb və beyni fəaliyyətini dayandırdığı üçün həyatını itirib.

Hadisə şahidləri jurnalistlərə bildiriblər ki, Məhsa Əmini polis maşınının içərisində döyülüb və işgəncələr nəticəsində həyatını itirib. 

Bu hadisədən sonra İranda etirazlar səngimir və hazırda ölkənin azı 24 ostanı və 36 şəhərində nümayişlər keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri