23 
Sen
2022
01:40
22
500
1647
Virtual karabakh

ÜST rəhbəri: “Koronavirusla mübarizədə gediləsi hələ uzun bir yol var”

23 Sen, 2022
01:40
1647

ÜST rəhbəri: “Koronavirusla mübarizədə gediləsi hələ uzun bir yol var”

Dünyada koronavirusdan ölüm halları azalır, lakin bəşəriyyətin xəstəliklə mübarizədə gediləsi hələ də uzun bir yolu var.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Həftə ərzində qeydə alınan ölümlərin sayı azalmağa davam edir və indiki rəqəmlər 2021-ci ilin yanvar ayının pik göstəricilərinin yalnız 10%-ni təşkil edir. Hazırda həmişəkindən daha yaxşı vəziyyətdəyik”, - deyə ÜST rəhbəri bəyan edib.

Bununla belə, o, xüsusilə aşağı və orta gəlirli ölkələrdə peyvəndlə bağlı hələ də böyük boşluqların olmasına işarə edib.

Qebreyesus vurğulayıb ki, COVID-19 hələ də yayılır və mutasiyaya uğrayır ki, bu da daha təhlükəli variantların yaranma riskini artırır.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri