23 
Sen
2022
11:42
30
558
4223
Virtual karabakh

Zəncanda iki azərbaycanlı gənc hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

23 Sen, 2022
11:42
4223

Zəncanda iki azərbaycanlı gənc hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəncan şəhərində iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb.

“Azad İran” “Telegram” kanalı məlumat verir ki, onlar hökumət qüvvələrinin açdığı atəş nəticəsində hadisə yerindəcə ölüblər.

Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı güllələnərək öldürülüblər.

Xatırladaq ki, son günlər baş verən etiraz aksiyaları zamanı çox sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiqini tapıb.

İnsan hüquqları təşkilatları ağır yaralıların çox olduğu üçün ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirirlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri