24 
Sen
2022
05:00
58
198
3214
Virtual karabakh

Pentaqon milyonlarla dollarlıq kamikadze dronları alacaq: Müqavilə imzalandı

24 Sen, 2022
05:00
3214

Pentaqon milyonlarla dollarlıq kamikadze dronları alacaq: Müqavilə imzalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Müdafiə Nazirliyi “Switchblade 300” seriyalı kamikadze dronları alacaq.

Nazirlik bu məqsədlə “AeroVironment” özəl müəssisəsi ilə 20,6 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə şirkətdən məlumat verilib.

““AeroVironment” 20,6 milyon dollarlıq sabit qiymətli müqavilə aldığını elan edib. Müqavilə “Switchblade 300” taktiki raket sistemlərinin tədarükünü nəzərdə tutur”, - deyə şirkətdən  bildirilib.

Qeyd edilib ki, silahların 2023-cü ilin iyul ayına kimi tədarükü planlaşdırılır.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri