23 
Sen
2022
23:54
786
43
3652
Virtual karabakh

Ukrayna İran səfirini akkreditasiyadan məhrum etdi

23 Sen, 2022
23:54
3652

Ukrayna İran səfirini akkreditasiyadan məhrum etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Xarici İşlər Nazirliyi İran səfirinin akkreditasiyasını ləğv edib.

Həmçinin səfirlik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaldıb. Buna səbəb Rusiya qoşunlarının İran istehsalı olan silahlardan istifadə etməsi faktları olub.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirlik İranın Ukraynadakı müvəqqəti işlər vəkilini bu barədə məlumatlandırıb.

“Ukrayna Prezidenti Rusiya qoşunlarının Ukrayna ərazisində İran istehsalı olan silahlardan istifadə etməsi faktlarına cavab olaraq təcili tədbirlər görülməsi barədə göstəriş verib. Göstərişə uyğun olaraq, sentyabrın 23-də İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə nazirlikdən qeyd edilib.

İran tərəfinə bildirilib ki, İranın ali rəhbərliyi tərəfindən Ukraynanın suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə hörmət bəyan edilib. Rusiyaya İran silahlarının verilməsi isə bu mövqeyə birbaşa ziddir. Çünki bu silahlar Rusiya qoşunları tərəfindən Ukraynanın mülki əhalisinə və Müdafiə Qüvvələrinə qarşı gələcək istifadə üçün nəzərdə tutulur.

“Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiya silahlarının tədarükü Ukrayna və İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir”, - deyə bəyanatda vurğulanıb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, Ukrayna tərəfi bu cür qeyri-dost hərəkətə cavab olaraq İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək qərarına gəlib. Həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaltmaq nəzərdə tutulub.

Mənbə: Ukrinform

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri