24 
Sen
2022
11:36
653
40
4609
Virtual karabakh

İranda saxlanılan qızın ölümü ilə bağlı etirazlar davam edir - VİDEO

24 Sen, 2022
11:36
4609

İranda saxlanılan qızın ölümü ilə bağlı etirazlar davam edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda hicabını düzgün bağlamadığı üçün Qəşt-e Ərşad patrulu (yerli əxlaq polisi) tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazlar davam edir.

Sentyabrın 22-də gecə saatlarında başa çatan etiraz aksiyaları cümə günü axşam saatlarında paytaxt Tehranın Mütəhərri, Səttarxan və Sadiq rayonlarında yenidən başlayıb. 

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında zaman-zaman qarşıdurma yaşanıb. Etirazçılar zibil qablarını yandıraraq barrikadalar qurub, təhlükəsizlik qüvvələri isə gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər.

Sosial şəbəkələrdə yayılan paylaşımlara görə, son iki gündə onlarla tələbə saxlanılıb. İran Tələbə Şuralarının məlumatına görə, saxlanılan tələbələrin sayı 30-a çatıb.

Bundan əlavə, cümə günü axşam saatlarından ölkədə internetə məhdudiyyətlər qoyulub və sosial şəbəkələrə giriş tamamilə bağlanıb.

Mənbə: “Anadolu” Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri