24 
Sen
2022
21:03
22
315
1180
Virtual karabakh

Uqandada eboladan 11 nəfər ölüb

24 Sen, 2022
21:03
1180

Uqandada eboladan 11 nəfər ölüb

Uqandada bu ay başlayan ebola epidemiyası artıq 11 nəfərin ölümünə səbəb olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Aynebyun məlumat verib.

Onun sözlərinə görə, Uqandada daha 11 nəfərin qanında ebola virusu aşkarlanıb, onların hamısı həkim nəzarətindədir.

Qeyd edək ki, Uqanda Səhiyyə Nazirliyi sentyabrın 20-də ölən 24 yaşlı kişidə virusun aşkarlanması ilə ölkədə ebola xəstəliyinin yayıldığını açıqlayıb. O, ölkənin mərkəzi hissəsindəki Mubende bölgəsində yaşayırdı. Bu günə qədər ebola virusuna yoluxmuş şəxslərlə təmasda olan 58 nəfər müəyyən edilib. Uqandanın “Çimreports” xəbər portalı onlardan dördünün gizləndiyini və hazırda həmin şəxslərin bütün ölkə üzrə axtarıldığını bildirib.

Uqandanın qonşuları olan Keniya və Tanzaniya regionda ebola virusunun yayılmasının qarşısını almaq üçün təcili olaraq xarici sərhədlərində əlavə sanitar nəzarət tədbirləri görüblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri