25 
Sen
2022
06:41
245
34
5352
Virtual karabakh

“iPhone 14”ün istehsalı satışa çıxdıqdan iki həftə sonra azaldılır

25 Sen, 2022
06:41
5352

“iPhone 14”ün istehsalı satışa çıxdıqdan iki həftə sonra azaldılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deyəsən, yeni “iPhone 14”ün baza modeli heç kimə lazım olmayıb.

Son məlumatlara görə, tələbatın az olması səbəbindən “Apple” sözügdən modelin istehsal xəttini məhdudlaşdırmaq qərarına gəlib.

Bildirilir ki, istehlakçılar daha çox “iPhone 14 Pro” və “Pro Max” modellərinə üstünlük verirlər.

Analitiklərin fikrincə, bu heç də təəccüblü deyil. Belə ki, sadə “iPhone 14” əslində, bir qədər təkmilləşdirilmiş “iPhone 13”dür. Smartfonların bir çox parametrləri və imkanları oxşardır.

Xatırladaq ki, “iPhone 14”ün baza modeli həm də yeni seriyada ən ucuz modeldir. Onun qiymətləri 799 dollardan başlayır.

Mənbə: unian.net

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri