26 
Sen
2022
02:34
230
176
10761
Virtual karabakh

Dünya üzrə yəhudilərin sayı məlum oldu

26 Sen, 2022
02:34
10761

Dünya üzrə yəhudilərin sayı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəhudi Yeni ilinin (Roş-Haşana) başlanğıcı ərəfəsində İsrailin Yəhudi Agentliyi dünyada təxminən 15,3 milyon yəhudinin olduğunu açıqlayıb.

Ötən il onların sayı təxminən 15,2 milyon nəfər olub ki, bu da il ərzində 100 minlik artım deməkdir.

Bildirilib ki, dünyanın yəhudi əhalisi hələ də Holokostdan əvvəlkindən bir milyondan çox azdır.

Məlumata görə, dünya üzrə 15,3 milyon yəhudidən təxminən 7 milyon 80 min nəfəri İsraildə yaşayır ki, bu da keçən illə müqayisədə təxminən 130 min çoxdur. Həmçinin, 6 milyona yaxın yəhudi ABŞ-da yaşayır.

Sonrakı ən böyük yəhudi əhalisi Fransa (442 min nəfər), ondan sonra Kanada (394 min nəfər), Böyük Britaniya (292 min nəfər), Argentina (173 min nəfər), Rusiya (145 min nəfər), Avstraliya (118,2 min nəfər) və Almaniyada (118 min nəfər) qeydə alınıb.

Mənbə: rossaprimavera.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri