26 
Sen
2022
08:28
384
88
3572
yuxarı
Zelenski Lapid və Blinkeni qabaqlayaraq dünyanın ən nüfuzlu yəhudisi seçildi
26 Sen, 2022
08:28
3572
384
88
Zelenski Lapid və Blinkeni qabaqlayaraq dünyanın ən nüfuzlu yəhudisi seçildi
İsrailin “The Jerusalem Post” qəzeti bazar günü “Dünyanın ən nüfuzlu yəhudiləri”nin illik siyahısını dərc edib.
Müəlliflər ilk sırada Ukrayna Prezidenti Volodimir Zelenskiyə yer veriblər.
Nəşrin yazdığına görə, bu il Ukrayna prezidenti siyasətçi üçün nadir “qlobal ikona” statusunu qazanıb.
“The Jerusalem Post” qeyd edir ki, Ukrayna ətrafındakı vəziyyət fonunda Zelenski “təkcə dünyanın ən nüfuzlu yəhudisi deyil, həm də dünyanın ən güclü şəxsiyyətlərindən biridir”.
Siyahıda İsrailin baş naziri Yair Lapid ikinci, valideynləri Holokostdan sağ çıxan Fransanın baş naziri Elizabet Born isə üçüncü yerdədir.
Həmçinin, reytinqdə ABŞ dövlət katibi Antoni Blinkenin adı da var (8-ci yer).
Ümumilikdə, siyahıya 50 nəfər daxil edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
30 
Yan
2023
11:24
Conson Putinin onu raket hücumu ilə hədələməsi barədə: “O çox rahat danışırdı”
59
9
992
30 
Yan
2023
10:48
Sahibə Qafarova Malayziya Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTO
31
46
457