26 
Sen
2022
11:24
336
34
2506
Virtual karabakh

Yaponiyadan Rusiyaya SANKSİYA

26 Sen, 2022
11:24
2506

Yaponiyadan Rusiyaya SANKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya hökuməti Rusiyadan daha 21 təşkilatı sanksiyalar siyahısına daxil etmək qərarına gəlib. Həmçinin kimyəvi silahlarla əlaqəli ola biləcək malların Rusiya Federasiyasına ixracına qadağa qoyulub.

Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Xüsusilə, “Moselektronproekt” ASC, “Etalon” elmi-istehsal birliyi, ASC “Energia” səhmdar cəmiyyəti və s. “qara siyahı”ya daxil edilib.

Bundan əvvəl Yaponiyanın daha 20 rusiyalıya qarşı sanksiya tətbiq etdiyi məlum olub. Onların arasında iş adamları ilə yanaşı, məmurlar da olub. Ölkə yeni məhdudiyyətləri Ukrayna hadisələri ilə bağlı tətbiq edib.

Yaponiya hökuməti bu vaxta qədər Rusiyadan 398 nəfər və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib. Rusiya Federasiyası Dövlət Dumasının deputatları da məhdudiyyətlərə məruz qalıblar.

Mənbə: Komsomolskaya Pravda

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri