26 
Sen
2022
15:15
237
34
4766
Virtual karabakh

Sərhəd dəyişməsi perspektivi cənub qonşumuzu nələrdən məhrum edir? - İranın narahatlığının BEŞ SƏBƏBİ

26 Sen, 2022
15:15
4766

Sərhəd dəyişməsi perspektivi cənub qonşumuzu nələrdən məhrum edir? - İranın narahatlığının BEŞ SƏBƏBİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran növbəti dəfə Azərbaycanı təhdid edib. Belə ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Bagiri bir neçə gün öncə Xomeyninin türbəsi yaxınlığında hərbi paradda çıxışı zamanı İran-Ermənistan sərhədinin dəyişəcəyindən narahatlıq duyduğunu bildirib. O, Azərbaycanla Ermənistanı dialoqa çağırıb və sərhədlərin dəyişdirilməsinə səssiz qalmayacaqlarını vurğulayıb. Ümumiyyətlə, son vaxtlar Azərbaycanla Ermənistanın şərti sərhədində baş verən proseslərlə bağlı İran rəsmiləri mütəmadi təxribatyönümlü fikir səsləndirirlər. 

Maraq doğuran məqam isə odur ki, əgər İran sərhədlərin dəyişdirilməsini istəmirsə, qonşu dövlətlərin sərhədlərinin dəyişdirilməsi İranın “qırmızı xətt”idirsə, görəsən, cənub qonşumuz 30 il ərzində Azərbaycan torpaqlarını Ermənistanın işğal altında saxlamasına niyə səssiz qalıb? İranın bugünkü narahatlığının əsas səbəbi nədir?

Məsələni Oxu.Az-a şərh edən politoloq Samir Hümbətov qeyd edib ki, İranın əsas məqsədi Ermənistanla Azərbaycan arasında baş verən münaqişənin bitməməsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməməsidir:

“Digər tərəfdən isə İranı Azərbaycanın Zəngəzur dəhliziylə bağlı verdiyi açıqlama narahat edir. Bunun isə bir neçə səbəbi var. Birincisi, İran düşünür ki, Zəngəzur dəhlizinin açılması Azərbaycana, Türkiyə və digər ölkələrə iqtisadi və siyasi fayda gətirdiyi halda, İran üçün heç bir xeyir verməyəcək. Çünki Türkiyədən göndərilən və Türkiyəyə gələn yüklər İran üzərindən həyata keçirilir. Zəngəzur dəhlizinin açılması isə istər nəqliyyat, istərsə də gömrük xərcləri baxımından İranın iqtisadi maraqlarına cavab vermir”.

Ekspert hesab edir ki, İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının digər səbəbi Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlıdır:

“Naxçıvan qaz tədarükünü, demək olar ki, İran vasitəsilə həyata keçirir. Müəyyən mənada Naxçıvanla İran arasında ticarət əlaqələri var. Təsadüfi deyil ki, bir müddət öncə İranın İtaliyadakı səfiri təxribatçı açıqlama verdi və bildirdi ki, İran Naxçıvanı özünə birləşdirməlidir. O bunu boşuna demədi. Bilir ki, Zəngəzur dəhlizi açılarsa, artıq Naxçıvan İran qazına ehtiyac duymayacaq, daha çox Azərbaycanın qazı, nefti və kommunikasiya vasitələrindən yararlanacaq. İranı narahat edən məqamlar bunlardır”.

Həmsöhbətimiz burada siyasi məsələlərin də olduğunu deyib: 

“Zəngəzur dəhlizinin açılması Naxçıvanla quru sərhədin bərpa olunması deməkdir. Beləliklə, Türkiyədən gələn yüklərin Azərbaycan üzərindən ötürülməklə Mərkəzi Asiya və digər ölkələrə çıxarılması təmin olunacaq, eləcə də həmin marşrutla geri dönüş həyata keçiriləcək. Burada geosiyasi və geostrateji məsələ də rol oynayır. Belə ki, Hindistan və İranın bir layihəsi var. Bu layihə üzrə Hindistandan başlayaraq Fars körfəzindən keçməklə Qara dənizə çıxan yeni nəqliyyat marşrutunun inşası nəzərdə tutulur. İran narahatdır ki, əgər Zəngəzur dəhlizi açılarsa, bu nəqliyyat marşrutunun əhəmiyyəti qalmayacaq. Ona görə də bu cür “canfəşanlıq” edir, erməni sevgisini göstərir.

Bizim üçün isə önəmli olan İranın nə dediyi deyil, dövlət maraqlarımızın təmin olunmasıdır. Belə açıqlamalar bizim üçün vacibdir ki, kimin dost, kimin düşmən olduğunu bilək və o əsasda xarici strategiyamızı müəyyən edək”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri