26 
Sen
2022
17:18
208
117
3869
Virtual karabakh

Kreml: “İjevskdə 88 saylı məktəbə hücum terror aktıdır” - FOTO/VİDEO

26 Sen, 2022
17:18
3869

Kreml: “İjevskdə 88 saylı məktəbə hücum terror aktıdır” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İjevskdə 88 saylı məktəbə hücum terror aktıdır”.

Bunu RF prezidentin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bəyan edib.

Onun sözlərinə görə, hücumu, ehtimal ki, neofaşist təşkilat və ya qrupa mənsub olan şəxs həyata keçirib.

“Prezident Vladimir Putin terror aktının baş verdiyi məktəbdə insanların və uşaqların həlak olması ilə bağlı dərin kədər hissi keçirir”, - deyə o əlavə edib.

Peskovun sözlərinə görə, prezident insidentlə bağlı Udmurtiyanın rəhbəri Aleksandr Breçalov başda olmaqla bir sıra nümayəndələrlə telefonla müzakirələr aparıb.

Xatırladaq ki, sentyabrın 26-da günorta saatlarında silahlı şəxs İjevskdə məktəbə girərək atəş açıb.

İstintaq Komitəsinin məlumatına görə, onun paltarında neonasist simvolları olub. Terror aktı nəticəsində yeddisi məktəbli olmaqla 13 nəfər həlak olub, 21 nəfər (14 uşaq) yaralanıb.

Terrorçu intihar edib. İstintaq Komitəsinin məlumatına görə, o, bu məktəbin keçmiş məzunu, 1988-ci il təvəllüdlü Artyom Kazantsevdir.

Mənbə: İnterfaks

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri