27 
Sen
2022
03:20
426
34
7113
Virtual karabakh

Milli respublikaların əhalisi səfərbərliyə etiraz etdi: “Rusiya Ukraynaya hücum etdi”

27 Sen, 2022
03:20
7113

Milli respublikaların əhalisi səfərbərliyə etiraz etdi: “Rusiya Ukraynaya hücum etdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının bir sıra milli respublikalarında səfərbərliyə qarşı böyük etiraz aksiyaları keçirilib.

Bu barədə vəziyyətin monitorinqini aparan “Meduza” portalı xəbər verib.

Dağıstanın paytaxtı Mahaçqalada keçirilən etiraz aksiyalarında bir neçə yüz nəfər iştirak edib. Onlar “Müharibəyə yox!”, “Səfərbərliyə yox!”, “Uşaqlarımız gübrə deyil!” şüarları səsləndiriblər. Qadınlar müharibəni Rusiyanın başlatdığını əsas gətirərək polislə mübahisə ediblər.

“Rusiya Ukraynaya hücum etdi. Biz kor deyilik”, - deyə onlar qeyd ediblər.

Polis bir neçə kişini döyüb və həbs edib. Etirazçılar onları polisin əlindən almağa çalışıblar. Təhlükəsizlik qüvvələri səsboğucu silah və bibər qazından istifadə edib, havaya atəş açıb.

Region rəhbəri Serqey Melikov “səfərbərliyin əvvəlində yol verilmiş səhvlərdən” danışıb və hüquqlarının pozulması ilə üzləşənləri respublika hərbi komissarlığına müraciət etməyə çağırıb.

Digər Qafqaz respublikası Kabardin-Balkarın paytaxtı Nalçikdə etiraz aksiyası hökumət binasının qarşısındakı meydanda keçirilib. Mitinqdə onlarla insan iştirak edib.

“Ərimdən əl çəkməyəcəyəm, məni güllələsələr də, əl çəkməyəcəyəm!”, - deyə aksiya iştirakçılarından olan yaşlı qadın etiraz edib.

Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda əksəriyyəti qadınlardan ibarət 400-ə yaxın insan etiraz aksiyasına qoşulub. Onlar etiraz əlaməti olaraq ənənəvi osuoxay diarəvi rəqsini nümayiş etdirib. Etirazçılar polisin ətrafında dövrə vuraraq “İmkan verin uşaqlarımız yaşasın!” şüarları səsləndirib. Polis həbslərə başlayanda aksiya dayandırılıb.

Mənbə: Ukrinform.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri