27 
Sen
2022
11:11
151
7
1621
Virtual karabakh

Yaponiyada keçmiş baş nazirin dəfn mərasimi ilə eyni zamanda etiraz aksiyaları da başladı - YENİLƏNİB + VİDEO

27 Sen, 2022
11:11
1621

Yaponiyada keçmiş baş nazirin dəfn mərasimi ilə eyni zamanda etiraz aksiyaları da başladı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dəfn mərasimi xərclərinə etiraz edənlər “Dövlət mərasiminə yox!” deyərək küçələrə çıxıblar.

Abenin dəfn mərasiminin keçirildiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hökumətin son açıqlamasına görə, mərasimin dəyəri 11 milyon dolları keçəcək.

Xarici ölkə nümayəndə heyətlərinin qəbulu, mərasimin təhlükəsizliyi, avadanlıq və anbar icarəsi xərcləri diqqət çəkib.

11:00

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin rəsmi dəfn mərasimi Tokionun mərkəzindəki “Nippon Budokan” idman və konsert mərkəzində başlayıb.

Bu, keçmiş baş nazir Şiqeru Yoşidanın dəfn edildiyi 1967-ci ildən bəri ölkədə keçirilən ilk dövlət səviyyəli dəfn mərasimidir.

Mərasimin keçirildiyi kompleksin zalına Abenin külü olan qabın daşınma prosesi zamanı havaya 19 dəfə atəş açılıb.

İyulun əvvəlində sui-qəsd nəticəsində öldürülən keçmiş baş nazir ilə vidalaşmağa 4000-dən çox insan, o cümlədən 700-ə yaxın xarici nümayəndə gəlib.

Onların arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Hindistanın Baş naziri Narendra Modi, Avstraliyanın Baş naziri Entoni Albaneze, Sinqapurun Baş naziri Li Syan Lun, Avropa Şurasının Prezidenti Şarl Mişel də var.

Abe iyulun 8-də seçkiqabağı mitinqdə güllələnərək qətlə yetirilib.

İyulun 12-də ailə üzvləri buddist dəfn mərasimi keçiriblər və onun meyiti kremasiya edilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri