27 
Sen
2022
14:37
263
119
4555
Virtual karabakh

Rusiyada ehtiyatda olan hərbçilər istəmədikləri müharibəyə göz yaşları içində yola salındılar - FOTO/VİDEO

27 Sen, 2022
14:37
4555

Rusiyada ehtiyatda olan hərbçilər istəmədikləri müharibəyə göz yaşları içində yola salındılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin gözlənilmədən ölkədə qismən səfərbərlik elan etdi. Qərardan cəmi bir neçə saat sonra Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükəndi. Rusiya Federal Təhlükəsizlik Xidmətinin son məlumatlarına görə, artıq 261 min kişi ölkəni tərk edib.

Hökumət kütləvi qaçışın qarşısını almaq üçün tədbirlərə başladı: aeroportlarda kişilərin “dindirilməsi”nə və hərbi biletlərinin yoxlanılmasına başlanıldı. Bundan başqa yerli KİV (“Meduza”, “Novaya qazeta”) öz mənbələrinə istinadən xəbər veriblər ki, Moskva kişilərin xaricə səfərini qadağan etməyi planlaşdırır.

Bütün bu xəbərlər Rusiyada xaosa səbəb olub. Müharibəyə getmək istəməyənlər çağırış məntəqələrinə silahlı basqınlar edir, bəziləri binanı yandırır, digərləri də çarəni özünə od vurmaqda görür.

Səfərbərliyə etiraz edənlərin aksiyaları isə qəddar şəkildə yatırılır.

“Reuters” agentliyi də ehtiyatda olan hərbçilərin yola salınması ilə bağlı reportaj hazırlayıb. Süjetdə gənclərdən biri əsgərlikdən cəmi 3 ay əvvəl gəldiyini bildirir və öz həyatı üçün deyil, ailəsi üçün narahat olduğunu vurğulayır. Digəri evlənmək üzrə olduğunu, amma səfərbərliyə çağırıldığı üçün bu fikrindən daşındığını deyir. Bununla belə, o elə cəbhəyə yollanmazdan əvvəl nikah kəsdirir və sonra digər hərbçi yoldaşlarının yanına yollanır.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri