27 
Sen
2022
23:58
40
566
4908
Virtual karabakh

Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alan var - YENİLƏNİB + VİDEO

27 Sen, 2022
23:58
4908

Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alan var - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərdahandakı zəlzələ ilə bağlı Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) açıqlama verib.

Bildirilib ki, Ərzurum, Qars, Ağrı və İğdırda da hiss olunan yeratlı təkanlarlardan sonra çox sayda müşayətedici təkanlar qeydə alınıb.

Zəlzələ nəticəsində 2 evin divarları uçub, 3 nəfər xəsarət alıb. Həmçinin, təbii fəlakət səbəbindən Çullu kənd məscidinin minarəsi dağılıb, məscidə ciddi ziyan dəyib.

Həmçinin, kənddə 4 baş buzov tələf olub.

18:59

Ərdahanın Gölə rayonunda 5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə qeydə alınıb.

Kandilli Rəsədxanası zəlzələnin maqnitudasının 5,3 bal olduğunu açıqlayıb.

Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri