27 
Sen
2022
23:32
676
38
1622
Virtual karabakh

Yeni Zelandiya Kadırova qarşı sanksiyalar tətbiq edib

27 Sen, 2022
23:32
1622

Yeni Zelandiya Kadırova qarşı sanksiyalar tətbiq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Zelandiya Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Çeçenistan rəhbəri Ramzan Kadırov da daxil olmaqla, 19 rusiyalıya qarşı əlavə sanksiya tətbiq edib.

Bunu sentyabrın 27-də Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta bildirib.

“Ukrayna açıq şəkildə bildirir ki, ona kömək etmək üçün görə biləcəyimiz ən mühüm tədbir sanksiyaları davam etdirmək və bu münaqişədə dəstəyi davam etdirməkdir. Biz bunu edirik”, - deyə XİN rəhbəri bəyan edib.

Qeyd edək ki, bundan öncə ABŞ da Kadırov və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Kadırovun özünə, onun arvadları və qızlarına şamil edilib.

Mənbə: rosbalt.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri