28 
Sen
2022
11:40
15
113
2278
Virtual karabakh

İsveç XİN rəhbəri: “Şimal axını”nda qaz sızması partlayışlar səbəbindən baş verib” - FOTO

28 Sen, 2022
11:40
2278

İsveç XİN rəhbəri: “Şimal axını”nda qaz sızması partlayışlar səbəbindən baş verib” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Norveç və İsveçin eksklüziv iqtisadi zonalarında “Şimal axını 1” və “Şimal axını 2” kəmərlərində qaz sızması partlayışlar səbəbindən baş verib”.

Bunu İsveçin xarici işlər naziri Ann Linde özünün “Twitter” hesabında bəyan edib.

Onun sözlərinə görə, partlayışlar mümkün təxribatın nəticəsi ola bilər.

“Biz məlumat toplamağa davam edirik, heç bir iştirakçı və motivləri istisna etmirik”, - deyə Linde əlavə edib.

Xatırladaq ki, “Şimal axını 1” və “Şimal axını 2”də üç sızma aşkar edilib. Danimarka Enerji Agentliyi böyük miqdarda qazın dənizə axdığını bildirib. Təyyarə və gəmilərin insident yerinə beş dəniz milindən artıq yaxınlaşması qadağandır.

Daha sonra isveçli seysmoloqlar sentyabrın 26-da boru kəməri marşrutları boyunca iki partlayış qeydə aldıqlarını bildirdilər. İsveç polisi sızmaların səbəblərini araşdırmağa başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri