29 
Sen
2022
04:23
191
19
3156
Virtual karabakh

Haker məşhur universitetin istifadəçi hesablarını ələ keçirdi: “Boşluq haradadır deyim, qapadın” - FOTO

29 Sen, 2022
04:23
3156

Haker məşhur universitetin istifadəçi hesablarını ələ keçirdi: “Boşluq haradadır deyim, qapadın” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Mərmərə Universitetində beş min nəfərin istifadəçi hesabları haker tərəfindən ələ keçirilib.

Bu barədə Şəxsi Məlumatların Mühafizəsi Qurumu məlumat verib.

Məlumata görə, universitetin istifadəçi hesabları “YUBA” təxəllüslü 17 yaşlı haker tərəfindən ələ keçirilib. Universitet əməkdaşları və digər istifadəçilərin ümumilikdə 5 min 698 hesabı sındırılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Universitetin məlumat sistemini sındıran “YUBA” adlı haker SMS vasitəsilə səlahiyyətlilərə xəbərdarlıq da edib.

“Salam, hörmətli Mərmərə Universiteti. Mən “YUBA”, 17 yaşlı kompüter hakeriyəm. Amma dövlətimə zərər verəcək heç bir iş görmürəm. Sadəcə, bir veb-saytda zəif boşluq aşkar etdim, onu sındırdım. Bu boşluq yüksək risk daşıyır. Xahiş edirəm, səlahiyyətli şəxs mənimlə əlaqə saxlasın. Boşluğun harada olduğunu sizə deyim, onu qapadın”, - deyə o, xəbərdarlıqda qeyd edib.

Mənbə: Haber Global 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri