29 
Sen
2022
01:38
87
241
2826
Virtual karabakh

Rusiyada təhsil müəssisəsində insident: Tələbə silahla universitetə girmək istədi

29 Sen, 2022
01:38
2826

Rusiyada təhsil müəssisəsində insident: Tələbə silahla universitetə girmək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada 2-ci kurs tələbəsi universitetə ​​odlu silah və bıçaq gətirib.

Hadisə Timiryazev adına Moskva Dövlət Aqrar Universitetində baş verib.

Mühafizəçilər kəmərində bıçaq olan gəncin universitetə ​​yaxınlaşdığını görüblər. Onun Biologiya fakültəsinin 19 yaşlı tələbəsi Yuri Svetkov olduğu məlum olub. Gənc yerindəcə saxlanılıb və üzərində axtarış aparılıb.

Tələbənin üzərində bir neçə bıçaq və pnevmatik tapança aşkarlanıb. Svetkov silahı özünümüdafiə məqsədilə üzərində gəzdirdiyini iddia etsə də, inandırıcı olmayıb.  

Gənc polisə təhvil verilib və yaxın vaxtlarda dindiriləcək.

Mənbə: “Baza” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri