28 
Sen
2022
16:51
241
30
1196
Virtual karabakh

Ərdoğanla Zelenski telefonla danışdılar: Türkiyə lideri silahsızlaşdırılmış zonanın yaradılmasını təklif etdi

28 Sen, 2022
16:51
1196

Ərdoğanla Zelenski telefonla danışdılar: Türkiyə lideri silahsızlaşdırılmış zonanın yaradılmasını təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

İki ölkənin liderləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni məlumatları qiymətləndiriblər.

Ərdoğan Rusiya ilə Ukrayna arasında uzun müddətdir üzərində çalışdıqları əsir mübadiləsinin uğurla başa çatmasından məmnunluğunu ifadə edib.

Ukrayna taxılının Qara dənizdən ixracına dair razılaşmanın işə yaradığını bildirən Türkiyə başçısı Zaporojye atom elektrik stansiyası kontekstində də oxşar yanaşmanın tətbiq oluna biləcəyini və stansiyanın ətrafında silahsızlaşdırılmış zonanın yaradılması üçün lazımi vasitəçilik və asanlaşdırma təklifinin etibarlı olduğunu bildirib.

Ukraynanın bəzi bölgələrində Rusiyanın nəzarəti altında birtərəfli referendumların keçirilməsinin diplomatik prosesin canlandırılması səylərini çətinləşdirəcəyini qeyd edən Ərdoğan müharibənin sülh danışıqları yolu ilə həllinə hər cür töhfə verməyə hazır olduqlarını vurğulayıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri