28 
Sen
2022
18:20
69
324
2832
Virtual karabakh

Rusiya müharibədə həlak olan hərbçilərin borclarını siləcək?

28 Sen, 2022
18:20
2832

Rusiya müharibədə həlak olan hərbçilərin borclarını siləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Dövlət Dumasının deputatları səfərbərliyə cəlb olunanlarla bağlı qərarın üç oxunuşda qəbul edilməsini planlaşdırsalar da, bu, baş tutmayıb.

Əsas mövzu ölən hərbçilərin borcunun kimin tərəfindən silinməsi məsələsi olub.

Ölkənin Maliyə Nazirliyi banklara borcu öz hesablarına silməyi təklif edir, bankirlər isə bununla razılaşmırlar.

Sentyabrın 27-də birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, səfərbərliyə cəlb olunanlara və müqavilə əsasında hərbi xidmət çəkənlərə kreditləri olduqda ödənişləri dayandırmaq və ya xidmət müddətinə onu azaltmaq hüququ verilir.

“İkinci oxunuşda biz açıq şəkildə bildirəcəyik ki, əgər şəxs vəfat edibsə və ya birinci qrup əlil olubsa, deməli, o, borc ödəmir və bu borclar heç kimə keçmir”, - deyə Dumanın maliyyə komitəsinin rəhbəri Anatoli Aksakov izah edib.

Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseyev əlavə edib ki, bu silinmə büdcənin deyil, bankların hesabına həyata keçiriləcək.

Nəticədə, çərşənbə axşamı qanun layihəsi hətta ikinci oxunuşda da müzakirə olunmayıb, lakin işçi qrup aktiv şəkildə dəyişiklikləri hazırlayıb.

Mənbə: Kommersant

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri