28 
Sen
2022
21:44
154
84
1270
Virtual karabakh

İran Özbəkistanın “Şimal-Cənub” dəhlizindən istifadəsini təmin etməyə hazırdır

28 Sen, 2022
21:44
1270

İran Özbəkistanın “Şimal-Cənub” dəhlizindən istifadəsini təmin etməyə hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Özbəkistana Bəndər Abbas və Çobahar limanları vasitəsilə dənizə rahat çıxışı təmin etməyə hazırdır.

Bunu çərşənbə günü İran prezidenti İbrahim Rəisi bildirib.

“Ölkəmizin avtomobil, dəmir və dəniz yolları şəbəkəsi, xüsusilə Bəndər Abbas və Çobahar limanları özbək sahibkarları tərəfindən Özbəkistandan və digər dövlətlərdən yüklərin daşınması üçün istifadə edilə bilər”, - deyə dövlət başçısı bəyan edib.

Rəisi əlavə edib ki, ölkəsi Özbəkistanı Çobahar sazişinə daxil etməyə və “Şimal-Cənub” dəhlizindən istifadəsini təmin etməyə hazırdır. Onun sözlərinə görə, İran tərəfi bu məsələdə maraqlıdır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri