28 
Sen
2022
23:52
43
298
2950
Virtual karabakh

İranın rabitə naziri “WhatsApp” və “Instagram”a qoyulan qadağadan DANIŞDI - FOTO

28 Sen, 2022
23:52
2950

İranın rabitə naziri “WhatsApp” və “Instagram”a qoyulan qadağadan DANIŞDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi “WhatsApp” və “Instagram”a qoyulan qadağanın daimi olacağına dolayı işarə edib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

İranın rabitə naziri bildirib ki, sosial medianın Amerikan seqmenti iğtişaşlar platformasına çevrildiyi üçün onlara məhdudiyyətlər qoyulub:

“Nə qədər ki, bu platformalar ölkəyə ziyan vurur, onlara qoyulan məhdudiyyətlər davam edəcək. İnsanlar öz bizneslərini İslam Respublikasının siyasi qanunlarına uyğun olmayan mühitdə planlaşdırmamalıdırlar”.

Xatırladaq ki, bütün dünyada olduğu kimi İranda da insanlar internet üzərindən öz işlərini və bizneslərini idarə edirdilər. Məhdudiyyətlərin tətbiqi ilə onlar öz bizneslərini itiriblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri